Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Avqust 2014 09:00

Müdafiə naziri ABŞ Müdafiə Nazirliyinin Nəqliyyat komandanını qəbul edib

Avqustun 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ Müdafiə Nazirliyinin Nəqliyyat komandanı general Paul Cozef Selvanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə naziri qonaqları salamlayaraq bölgədəki vəziyyət, Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, son zamanlar cəbhə bölgəsində baş verən atəşkəs rejiminin pozulması hallarının, düşmənin kəşfiyyat-təxribat basqınlarının sayının artması və bu təxribatların erməni silahlı bölmələri tərəfindən törədilməsi barədə onlara ətraflı məlumat verib.
Müdafiə naziri ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əldə edilmiş müsbət nəticələrindən və qarşılıqlı əlaqələrin genişlənməsindən məmnun olduğunu qeyd edib.
Qonaq Silahlı Qüvvələrimizin Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə verdiyi töhfəyə görə minnətdarlığını bildirib və tərəflər arasında davam edən səmərəli hərbi əməkdaşlığı təqdirəlayiq nümunə kimi diqqətə çatdırıb.
Sonra ikitərəfli əməkdaşlığa dair digər məsələlər barədə fikir mübadiləsi aparılıb.