Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2014 09:00

Bakıda NATO-nun təlim kursu keçirilir

Avqustun 19-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO–nun Brunssum şəhərindəki (Niderland Krallığı) Birləşmiş Komandanlığının mobil təlim qrupu tərəfindən "Əldə hazırlanan partlayıcı qurğular"la mübarizə mövzusunda təlimə başlanıb. Müdafiə Nazirliyinin mühəndis xidmətinin bir qrup zabiti üçgünlük təlim kursuna cəlb olunub. Təlimin ilk günü hərbi tərəfdaşlıq və digər mövzuların təqdimatı ilə yadda qalıb.
Keçirilən kursda mühəndis xidmətinə cavabdeh zabitlər hərbi biliklərini təkmilləşdirəcəklər. Təlim zamanı "Əldə hazırlanan partlayıcı qurğuların törətdiyi fəsadlar və bu qurğulara qarşa müdafiə sistemlərinin təhlili" və digər mövzular üzrə seminarlar keçiriləcək.