AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrin hərbi texnikasının daşınması, əvəz edilərək yerlərinin dəyişdirilməsi planlı surətdə həyata keçirilir və bölmələrin döyüş tapşırığının yerinə yetirilməsi üçün tələb olunan daimi döyüş hazırlığı qabiliyyətinin saxlanılması məqsədini daşıyır.
Bu məsələdə əlavə şərhə, mülahizələrə ehtiyac yoxdur və hər hansı bir müzakirənin aparılması dövlət maraqlarımıza ziddir.