Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2014 09:00

Gənc Heydərçilər Qusarda təşkil olunmuş yay düşərgəsində istirahət edirlər

Avqustun 18-də Bakı şəhərindən yola salınan "Gənc Heydərçilər"i Qusar rayonunda "N" saylı hərbi hissəsinin məsul zabitləri qarşılayıblar. Təşkil olunmuş tədbirdə hərbi hissə komandanlığı tərəfindən yeniyetmələrin səmərəli istrahətinin keçirilməsi üçün hərtərəfli şəraitin yaradıldığı diqqətə çatdırılıb.
Hərbçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyat və fəaliyyətləri, hərbi hissədəki şəraitlə, həmçinin hərbi hissənin döyüş texnikası və silahları ilə tanışlıq yeniyetmələrin gələcəkdə hərbi xidmətə daha yaxşı hazırlaşmasına, hərb peşəsinə olan marağın artmasına şərait yaradacaq, onlarda gələcəyin görkəmli hərbi sərkərdələri olmaq hissləri oyadacaqdır.
Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınaraq hərtərəfli hazırlıq işləri görülüb.
Düşərgədə yeniyetmələr gündəlik olaraq yüksək kalorili yemək, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaqlar. İstrahət dövründə onlar üçün bir neçə dəfə təbiət qoynunda nahar yeməyinin təşkili də nəzərdə tutulub.
Gənc Heydərçilərin Qusar rayonunun görməli yerlərinə, tarixi abidələrinə, "Nabran" istirahət və "ŞAHDAĞ" idman - turizm mərkəzlərinə ekskursiyaları və Quba "Soyqırımı" abidəsinin ziyarəti də nəzərdə tutulub.
Artıq bu gündən düşərgədə uşaqların təlim-tərbiyəsi, dərslərin keçirilməsi və mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi işlərinə başlanılıb.