AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hərbi Dəniz Qüvvələrində (HDQ) İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 69-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü bütün ölkəmizdə olduğu kimi Silahlı Qüvvələrdə də böyük təntənə ilə qeyd edilir.
Mayın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikası Senatının Müdafiə Komissiyasının sədri cənab Nikola Latorreni qəbul edib.
Mayın 10-dan 16-dək Almatı şəhərində (Qazaxıstan) "Gizir və çavuşların birgə təlimləri" mövzusunda təlimi, mayın 12-dən 13-dək Brüssel şəhərində (Belçika) "Tərəfdaşlar arasında informasiyanın canlı idarə edilməsi sistemi" (e-PRIME) üzrə kursu, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən mayın 12-dən 16-dək İstanbul şəhərində (Türkiyə) 17-ci beynəlxalq dənizçilik yarışları, Azərbaycan-Rumıniya ikitərəfli əməkdaşlıq planına əsasən mayın 12-dən iyulun 4-dək Buxarest şəhərində (Rumıniya) Orta səviyyəli ingilis dili kursu və mayın 12-dən 30-dək Predeal şəhərində (Rumıniya) Dağa dırmanma təlimatçıları kursu keçiriləcək.
Mayın 7-də Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daraqo Lovriçi Qaraheybət Təlim Mərkəzində qəbul edib.
Mayın 7-də Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanının müavini general-leytenant Qordon Messenceri Qaraheybət Təlim Mərkəzində qəbul edib.
Mayın 7-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daraqo Lovriçi qəbul edib.
Mayın 7-də Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təlimində Müşahidəçilər Günü keçirilib.
Cənab generallar, zabitlər, kursantlar və əsgərlər!Bu günlər ölkəmizin hər yerində, eləcə də Vətənimizdən çox-çox uzaqlarda xalqımızın Ümummilli lideri, Silahlı Qüvvələrimizin əbədiyaşar Ali Baş Komandanı, unudulmaz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü böyük təntənə ilə qeyd edilir.
Mayın 6-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 91-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.