Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 May 2014 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO generalı Qordon Messenceri qəbul edib

Mayın 7-də Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanının müavini general-leytenant Qordon Messenceri Qaraheybət Təlim Mərkəzində qəbul edib.
Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təlimini izləyən qonağı salamlayan Müdafiə naziri Azərbaycanla NATO arasında mövcud vəziyyəti və regionda baş verən hərbi-siyasi prosesləri müzakirə ediblər.
General-leytenant Q.Messencer qiymətləndirmə təlimində iştirak edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin yüksək peşəkarlığı və hazırlığından məmnun qaldığını xüsusi vurğulayıb.
Görüşdə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edib.