AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iyun ayının 2-dən başlayaraq bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Əziz gənclər!Hörmətli həmvətənlər!Sizi Respublika gənclərinin VII forumunun keçirilməsi münasibəti ilə səmimi qəlbdən təbrik edir, Vətənimizin müdafiəçiləri və ölkəmizin gələcəyinin təminatçıları kimi Sizə ən xoş arzularımı bildirirəm.
Mayın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisi şəhərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub və onun əziz xatirəsini yad edib.
Füzuli rayonu ərazisində müdafiənin ön xəttində düşmən tərəfindən yaralanan 1994-cü il təvəllüdlü əsgər Mirzəzadə Mehman Dadaşbala oğlunun vəziyyəti barədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin baş cərrahı, polkovnik Famil Babayevin açıqlaması:
Erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqınının qarşısını alarkən şəhid olmuş kapitan Məmmədov Fikrət Akif oğlu mayın 29-da Bakı şəhərində dəfn olunub.
Mayın 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri başlayıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri çərçivəsində mayın 29-da günün ikinci yarısında Müdafiə naziri general-polkovnik Zakir Həsənovu Gürcüstanın prezidenti cənab Giorgi Marqvelaşvili qəbul edib.
Mayın 27-də axşam saatlarında və 28-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməyə cəhd göstərib.
Mayın 28-də "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Baş Qərargahı arasında 2014-cü il üçün ikitərəfli hərbi əlaqələrin həyata keçirilməsi Planı" və "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Baş Qərargahı arasında 2014/2015-ci təlim-təhsil ili üçün Kurslar Planı" imzalanmışdır.
Düşmənin açdığı snayper atəşi nəticəsində dünən şəhid olmuş gizir Abilov Xudaverdi Fərhad oğlu mayın 28-də Sumqayıt şəhərində dəfn olunub.