Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 May 2014 09:00

Şəhid gizir Abilov Xudaverdi Fərhad oğlu dəfn edilib

Düşmənin açdığı snayper atəşi nəticəsində dünən şəhid olmuş gizir Abilov Xudaverdi Fərhad oğlu mayın 28-də Sumqayıt şəhərində dəfn olunub.
Dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Sumqayıt şəhər İcra Hakimiyyəti, şəhidin təhsil aldığı məktəbin kollektivi, o cümlədən şəhər ictimaiyyəti və müxtəlif təşkilatların rəhbər şəxsləri iştirak ediblər.
Şəhidin yaşadığı binanın qarşısında vida mərasimi təşkil edilib. Mərasim başa çatdıqdan sonra şəhidin cənazəsi fəxri qarovulun və böyük izdihamın müşayiəti ilə Sumqayıt şəhərinin Şəhidlər Xiyabanına aparılıb.
Əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri altında şəhid son mənzilə yola salınıb. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim edilib.