Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 May 2014 09:00

Müdafiə nazirinin Gürcüstana rəsmi səfəri başa çatıb

Mayın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisi şəhərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub və onun əziz xatirəsini yad edib.
Günün ikinci yarısında nümayəndə heyəti Batumi şəhərinə səfər edib, Gürcüstan polisinin peşə bayramı münasibətilə keçirilən tədbirdə iştirak edib, qonşu ölkənin Daxili İşlər Nazirliyinin şəhər bulvarında təşkil etdiyi sərgi ilə tanış olub və Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvili tərəfindən qəbul edilib.
Səfər mayın 30-da başa çatıb.