Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 May 2014 09:00

Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı ilə bir sıra beynəlxalq tədbirlər keçiriləcək

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iyun ayının 2-dən başlayaraq bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
İyunun 6-dək Almaniyanın Oberammerqau şəhərində iki kurs, Adi silahlara nəzarət üzrə informasiya mübadiləsi kursu və NATO Qərargah zabitləri üçün tanışlıq kursu keçirilməsi nəzərdə tutulub. Yunanıstanın Xaniya şəhərində "Dənizdə qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması əməliyyatlarında kütləvi qırğın silahları ilə mübarizə" kursu, Sloveniyanın Lyublyana şəhərində İnformativ Hərbi Attaşe həftəsində və "Adriatik Strike 2014" təlimində müşahidəçi qismində iştirak da iyun ayının 6-dək davam edəcək.
İyunun 13-dək Azərbaycan-Rumıniya ikitərəfli əməkdaşlıq planına əsasən Predeal şəhərində (Rumıniya) Axtarış və xilas etmə kursu, Budapeşt şəhərində (Macarıstan) Qərargah zabitləri üçün hərbi terminologiya kursu, Kielce şəhərində (Polşa) "NATO-nun hərbi-mülki əməkdaşlıq üzrə səhra mütəxəssisi" kursu olacaq.
Ayın 20-dək isə Szolnok şəhərində (Macarıstan) "27-ci Beynəlxalq hərbi müşahidəçi" kursu və Qarmiş- Partenkirxen şəhərində (Almaniya) Dil testi üzrə təkmilləşdirmə seminarı keçiriləcək.

***

Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlıq planına əsasən iyunun 2-dən 4-dək Gürcüstan Silahlı Qüvvələrinin Hərbi Polis Departamentinin rəisinin Bakı şəhərinə səfəri də gözlənilir.