AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Silahlı Qüvvələrin birliyinin hissə və bölmələri cəbhə bölgəsində növbəti genişmiqyaslı təlimlər keçirir.
May 28-də Respublika günü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçirilib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniyanın dəvətilə mayın 29-da Gürcüstana rəsmi səfər edəcək.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrdə idman yarışlarının keçirilməsi haqqında əmrinə əsasən hərbi qulluqçular arasında futbol çempionatına start verilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 28 May - Respublika Günü münasibətilə Müdafiə nazirliyinə tabe olan hərbi hissələrdə tədbirlər keçirilir.
Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!Sizi 28 May - Respublika günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
May 28-də Respublika günü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçiriləcəkdir.
Elektron kütləvi informasiya vasitələri bəzi mənbələrə istinadən Silahlı Qüvvələrdə erməni əsilli hərbi qulluqçunun xidmət etməsi barədə növbəti dəfə yoxlanılmamış və qeyri-dəqiq məlumatlar yayıblar.
Moskva şəhərində keçirilən Beynəlxalq Təhlükəsizlik üzrə 3-cü Konfrans çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri general-mayor Hüseyn Dehqan arasında görüş keçirilib.
Moskva şəhərində keçirilən Beynəlxalq Təhlükəsizlik üzrə 3-cü Konfrans çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu arasında görüş keçirilib.