Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 May 2014 09:00

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin futbol üzrə çempionatı başlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrdə idman yarışlarının keçirilməsi haqqında əmrinə əsasən hərbi qulluqçular arasında futbol çempionatına start verilib.
Mayın 26-da hərbçilər arasında keçirilən futbol çempionatının təntənəli açılış mərasimi olub. Yarış iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər. Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi yad edildikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və dövlət bayrağı qaldırılıb.
Gəncə şəhərində təşkil edilən yarışlarda ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən idmançılardan ibarət komandalar iştirak edir.
AFFA hakimlərinin idarəçiliyi ilə keçirilən çempionatda 13 komanda 4 qrupda mübarizə aparır. Mayın 28-dək keçirilən oyunlarda hər qrupdan birinci və ikinci yeri tutan komandalar müəyyən ediləcək. Mayın 29-u və 30-da dörddə bir final yarışları, mayın 31-də isə yarımfinal oyunları keçiriləcəkdir.
İyunun 1-də final matçı və çempionatın bağlanış mərasimi olacaqdır.