Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 May 2014 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Mayın 7-də Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daraqo Lovriçi Qaraheybət Təlim Mərkəzində qəbul edib.
Müdafiə naziri qonağı salamlayaraq iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin inkişaf etdiyini qeyd edib.
Cənubi Qafqazla Balkanlar arasında mövcud oxşar vəziyyətə toxunan Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Eyni zamanda, ölkələrimizin yerləşdikləri regionlardakı hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan-Xorvatiya hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Görüşdə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Xorvatiya Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili xanım Neda Milişiç də iştirak ediblər.