Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2014 09:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib

Mayın 6-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 91-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin rəhbərliyi və müxtəlif qoşun növlərinin komandanları, hərbi hissələrin zabitləri və xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları iştirak ediblər.
Mərasimdə Müdafiə nazirinin Şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Çingiz Məmmədov geniş nitq söyləyib.
Toplantıda iştirak edənlər adından cəbhə bölgəsində yerləşən hərbi hissənin zabiti, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları xalqımızın Ümummilli lideri Heydər Əliyev şəxsiyyətinin həyat və fəaliyyəti, ömür yolu barədə çıxış ediblər.
Mərasimdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov yekun nitqi ilə tədbir iştirakçıları qarşısında çıxış edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş təntənəli mərasimlər bu günlərdə şəxsi heyətin iştirakı ilə bütün hərbi hissələrdə geniş surətdə qeyd olunacaq.