Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 30 Noyabr 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 29-da saat 13:25-dən 13:35-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən;-saat 13:40-dan 14:05-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 28 Noyabr 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 27-də saat 15:10-dan 15:30-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 16:30-dan 16:40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 21:30-dan 21:45-dək, 21:50-dən 22:00-dək və 23:10-dan 23:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən; noyabrın 28-də saat 04:30-dan 04:50-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 27 Noyabr 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 26-da saat 12:30-dan 12:45-dək və 22:40-dan 22:50-dək Ağdam rayonunun Sarcalı kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 14:30-dan 14:35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 16:00-dan 16:10-dək və saat 23:25-dən 23:35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 23:05-dən 23:20-dək Cəbrayıl rayonunun Mehdili və Cocuq Mərcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 14:05-dən 14:25-dək və noyabrın 27-də saat 05:10-dan 05:20-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 26 Noyabr 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 25-də saat 11:55-dən 12:20-dək və 12:50-dən 13:05-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərindəki mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi;-saat 21:15-dən 21:25-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;-noyabrın 26-da saat 01:20-dən 01:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 25 Noyabr 2009 00:02

Noyabrın 25-də Müdafiə Nazirliyinin genişləndirilmiş hərbi kollegiyası olub.

Müdafiə Nazirliyinin məlumatı 25 Noyabr 2009 00:01

Noyabrın 25-də Azərbaycan Respublikasına rəsmi səfər edən Polşa Respublikasının milli müdafiə naziri Boqdan Klixlə Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşü olub.

Müdafiə Nazirliyinin məlumatı 25 Noyabr 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 24-də saat 16:35-dən 16:45-dək, 19:25-dən 19:35-dək və 22:50-dən 23:10-dək Füzuli rayonunun Aşağı Veysəlli və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 19:55-dən 20:05-dək, 21:49-dan 22:02-dək, 20:20-dən 20:30-dək və 21:50-dən 22:05-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 24 Noyabr 2009 00:01

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 25-də Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 24 Noyabr 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 23-də saat 11:45-dən 12:00-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndindəki mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi;- saat 17:30-dan 17:35-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamut kəndindəki mövqelərdən Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqelərimizi;- saat 23:05-dən 23:20-dək Tərtər rayonunun Yarımca kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 07:30-dan 07:50-dək, 11:15-dən 11:20-dək və noyabrın 24-də saat 00:35-dən 00:45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 23 Noyabr 2009 00:01

Noyabrın 23-də Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev ABŞ müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini xanım Seleste Vollanderi və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Parlamentinin Lordlar Palatasının üzvü Anderson Ueverlini qəbul edib.