Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Noyabr 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 24-də saat 16:35-dən 16:45-dək, 19:25-dən 19:35-dək və 22:50-dən 23:10-dək Füzuli  rayonunun Aşağı Veysəlli və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;  
- saat 19:55-dən 20:05-dək, 21:49-dan 22:02-dək, 20:20-dən 20:30-dək və 21:50-dən 22:05-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.