Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Noyabr 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 23-də saat 11:45-dən 12:00-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndindəki mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi;
- saat 17:30-dan 17:35-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamut kəndindəki mövqelərdən Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqelərimizi;
- saat 23:05-dən 23:20-dək Tərtər rayonunun Yarımca kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 07:30-dan 07:50-dək, 11:15-dən 11:20-dək və noyabrın 24-də saat 00:35-dən 00:45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.