Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Noyabr 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 25-də saat 11:55-dən 12:20-dək və 12:50-dən 13:05-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərindəki mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi;
-saat 21:15-dən 21:25-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
-noyabrın 26-da saat 01:20-dən 01:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.