Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Noyabr 2009 00:02

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 25-də Müdafiə Nazirliyinin genişləndirilmiş hərbi kollegiyası olub. İclasda kollegiya üzvləri, müdafiə nazirinin müavinləri, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə və hərbi hissə komandirləri, qərargah rəisləri, hərbi təhsil və hərbi tibb müəssisələrinin rəisləri iştirak ediblər.
Kollegiya iclasında müdafiə naziri general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin 2009-cu ildə hazırlığının yekunları və növbəti 2010-cu tədris ilində vəzifələri haqqında geniş məruzə ilə çıxış edib.