Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Noyabr 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 26-da saat 12:30-dan 12:45-dək və 22:40-dan 22:50-dək Ağdam rayonunun Sarcalı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 14:30-dan 14:35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 16:00-dan 16:10-dək və saat 23:25-dən 23:35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 23:05-dən 23:20-dək Cəbrayıl rayonunun Mehdili və Cocuq Mərcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 14:05-dən 14:25-dək və noyabrın 27-də saat 05:10-dan 05:20-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.