Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 2009 00:01

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 23-də Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev ABŞ müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini xanım Seleste Vollanderi və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Parlamentinin Lordlar Palatasının üzvü Anderson Ueverlini qəbul edib.
Ayrı-ayrılıqda keçirilən hər iki görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, Cənubi Qafqazda mövcud vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb. Müdafiə naziri S.Əbiyev münaqişənin dinc şəkildə həll edilməsinə maneəçilik törətmək üçün Ermənistanın bilərəkdən danışıqlar prosesini uzatmasını qonaqların diqqətinə çatdırıb.  
Hər iki qonaq Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bildirib.