Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Noyabr 2009 00:01

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 25-də Azərbaycan Respublikasına rəsmi səfər edən Polşa Respublikasının milli müdafiə naziri Boqdan Klixlə Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşü olub.
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra polşalı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib.
Geniş tərkibli görüşdə nazir S.Əbiyev polşalı həmkarını regionda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər barədə məlumatlandırıb. O qeyd edib ki, torpaqlarımızın işğalı nəticəsində bir milyondan artıq soydaşımız öz yurd-yuvasından qaçqın düşüb. 15 ildir ki, Minsk Qrupunun vasitəçiliyə aparılan danışıqlar da heç bir nəticə verməyib. Belə vəziyyətdə Azərbaycanın öz torpaqlarını azad etməsi üçün hərbi yoldan istifadə edəcəyi qaçılmaz olacaqdır.
Görüşdə digər məsələlərlə yanaşı hər iki respublika arasında hərbi təhsil və hərbi texniki əməkdaşlığın perspektivləri də müzakirə edilib.
Görüşdə Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevski iştirak edib.