Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 16 Mart 2009 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində:- Brüssel, Mons şəhərlərində (Belçika) Tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursu (16-26 mart);- İzmir şəhərində (Türkiyə) Döyüş səhnəsində hava məkanına nəzarət və onun idarə olunması kursu (16-27 mart); Ankara şəhərində Taktiki səviyyədə mülki-hərbi əməkdaşlıq kursu (23mart-03 aprel); - Tbilisi şəhərində (Gürcüstan) «Cooperative Lancer-Longbov 2009» təliminin yekun planlaşdırma konfransı (17-18 mart);- Riqa və Boston şəhərlərində (Latviya, ABŞ) Qara Dəniz Təhlükəsizlik proqramı üzrə kurs (18-28 mart); - Budapeşt şəhərində (Macarıstan) Müəllimlər üçün hərbi terminologiya kursu (23mart-03aprel);- Roma şəhərində (İtaliya) Tərəfdaş zabitlərin oriyentasiya kursu (23mart-03aprel);- Qarmiş-Partenkirxen şəhərində (Almaniya) C.

Müdafiə Nazirliyinin məlumatı 14 Mart 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 13-də saat 17:50-dən 18:00-dək və 20:00-dan 20:10-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 20:55-dən 23:45-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qərvənd və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən;- martın 14-də saat 05:45-dən 05:55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 13 Mart 2009 00:00

Martın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Macarıstan Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jeno Boroşu qəbul edib.

Müdafiə Nazirliyinin məlumatı 12 Mart 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 11-də saat 21:10-dan 21:20-dək və 22:50-dən 23:15-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və İcevan rayonu Paravakar kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi, Ağbulaq və Ağstafa rayonunun Köhnə Qışlaq kəndləri ərazisində yerləşən mövqelərini; - saat 23:05-dən 23:20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- martın 12-də saat 05:10-dan 05:15-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında verləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 11 Mart 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 10-da saat 17:20-dən 17:35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 18:55-dən 19:10-dək, 21:10-dan 21:15-dək və 22:25-dən 22:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 10 Mart 2009 00:02

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 11-də Azərbaycan Respublikası Füzuli rayonu ərazisində, Füzuli-Horadiz yolu yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 10 Mart 2009 00:01

Martın 10-da Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vasili İstratovu qəbul edib.

Müdafiə Nazirliyinin məlumatı 10 Mart 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 9-da saat 20:20-dən 20:30-dək Ermənistan Respublikası Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 10 Mart 2009 00:00

Martın 9-da Bakıda səfərdə olan Türkiyə Respublikasının Jandarma Baş Komandanı ordu generalı Avni Atilla İşık Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşüb.

Müdafiə Nazirliyinin məlumatı 7 Mart 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 6-da saat 19:10-dan 19:20-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini;- saat 11:15-dən 11:30-dək və 13:25-dən 13:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 18:00-dan 18:15-dək və 23:30-dan 23:45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklər və Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən;- martın 7-də saat 00:10-dan 00:30-dək və 06:24-dən 06:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.