AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 5-də saat 10:50-dən 11:20-dək və 17:15-dən 17:35-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 18:55-dən 19:20-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 21:30-dan 21:40-dək və 23:15-dən 23:20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 22:30-dan 22:40-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Martın 6-da Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Qətər dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şeyx Mübarək Bin Fəhd Cəsim Əl-Tanini qəbul edib.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 4-də saat 13:30-dan 13:40-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 23:05-dən 23:15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 3-də saat 10:10-dan 10:35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 2-də saat 12:30-dan 12:35-dək və 20:20-dən 20:30-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 18:10-dan 18:15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- martın 3-də saat 05:00-dan 05:10-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Təlimatçıların ixtisas artırma metodologiyası mövzusunda seminar (02-06 mart); Rabitə vasitələrinin maddi-texniki təminatı üzrə təlim kursu (02-13 mart); Müdafıə Nazirliyi Protokol Departamentinin vəzifə və funksiyalarına dair seminar (09-13 mart); Çavuş hazırlığı kursu (09-14 mart):Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Ankara şəhərində Epidemiologiyanın prinsipləri və ətraf mühitin qorunması kursu (02-27 mart); Bakı şəhərində Xəritəçilik sahəsində əməkdaşlıq məsələləri üzrə müzakirələr (09-13mart);Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Sibiu şəhərində NATO rabitə prosedurları kursu (02-20 mart);Azərbaycan Respublikası ilə Çin arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Şitsizyaçiuan şəhərində Motoatıcı bölük komandirinin hazırlıq kursu (02mart-30 iyul);Azərbaycan Respublikası ilə Pakistan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Karaçi şəhərində Çoxmillətli «AMAN-09» təlimi (05-09 mart);Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Vişkov şəhərində (Çexiya) Kiçk zabitlər üçün liderlik kursu (09 mart-03 aprel) keçirilir.
Bakı şəhərində Pakistan Hərbi Dəniz Qüvvələri Müdafıə Kollecinin 38-ci qərargah kursunun iştirakçılarının səfəri (10-14 mart);Münxen şəhərində (Almaniya) Quru Qoşunlarının informasiya toplantısı (10-11 mart) keçirilir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 1-də saat 19:50-dən 20:05-dək və 21:50-dən 22:10-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Mosesqex və Ayqepar kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini;- saat 12:00-dan 12:10-dək və 21:40-dan 21:45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 20:40-dan 20:50-dək və 21:00-dan 21:05-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- Brunsum şəhərində (Niderland) Açılan Birgə Qüvvələrin Qərargah təlim kursu (02-13 mart);- Tusula şəhərində (Finlandiya) NATO / Tərəfdaş ölkələrin əməliyyat qərargahının zabitləri üçün kurs (02-20 mart);- Qarmiş şəhərində (Almaniya) Təhlükəsizlik, stabillik, keçid və yenidənqurma mövzusunda kurs (03-20 mart);- İzmir şəhərində (Türkiyə) Təbii fəlakətlər zamanı humanitar yardım əməliyyatları mövzusunda kurs (09-13 mart); «Cooperative Arcer 2009» təliminin yekun planlaşdırma konfransı (10-12 mart); Ankara şəhərində Silahlı münaqişə hüququ kursu (09-20 mart) keçirilir.