Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Mart 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- Brunsum şəhərində (Niderland) Açılan Birgə Qüvvələrin Qərargah təlim kursu (02-13 mart);
- Tusula şəhərində (Finlandiya) NATO / Tərəfdaş ölkələrin əməliyyat qərargahının zabitləri üçün kurs (02-20 mart);
- Qarmiş şəhərində (Almaniya) Təhlükəsizlik, stabillik, keçid və yenidənqurma mövzusunda kurs (03-20 mart);
- İzmir şəhərində (Türkiyə) Təbii fəlakətlər zamanı humanitar yardım əməliyyatları mövzusunda kurs (09-13 mart); «Cooperative Arcer 2009» təliminin yekun planlaşdırma konfransı (10-12 mart); Ankara şəhərində Silahlı münaqişə hüququ kursu (09-20 mart) keçirilir.
- Bakı şəhərində Pakistan Hərbi Dəniz Qüvvələri Müdafiə Kollecinin 38-ci qərargah kursunun iştirakçılarının səfəri (10-14 mart);
- Münxen şəhərində (Almaniya) Quru Qoşunlarının informasiya toplantısı (10-11 mart) keçirilir.