Martın 6-da Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Qətər dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şeyx Mübarək Bin Fəhd Cəsim Əl-Tanini qəbul edib.
Müdafiə naziri qonağı səfir təyin edilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı Qətər dövləti ilə Azərbaycan Respublikası arasındakı dostluq münasibətlərindən danışılıb və bu əlaqələrin nəinki sosial-iqtisadi, mədəni əlaqələri əhatə etdiyi, eyni zamanda hərbi əməkdaşlıq sahəsində də faydalı işlər görüldüyü diqqətə çatdırılıb.
Səfir səmimi qəbul üçün Müdafıə naziri Səfər Əbiyevə öz təşəkkürünü bildirib.