Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Mart 2009 00:02

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Təlimatçıların ixtisas artırma metodologiyası mövzusunda seminar (02-06 mart); Rabitə vasitələrinin maddi-texniki təminatı üzrə təlim kursu (02-13 mart); Müdafıə Nazirliyi Protokol Departamentinin vəzifə və funksiyalarına dair seminar (09-13 mart); Çavuş hazırlığı kursu (09-14 mart):
Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Ankara şəhərində Epidemiologiyanın prinsipləri və ətraf mühitin qorunması kursu (02-27 mart); Bakı şəhərində Xəritəçilik sahəsində əməkdaşlıq məsələləri üzrə müzakirələr (09-13mart);
Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Sibiu şəhərində NATO rabitə prosedurları kursu (02-20 mart);
Azərbaycan Respublikası ilə Çin arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Şitsizyaçiuan şəhərində Motoatıcı bölük komandirinin hazırlıq  kursu (02mart-30 iyul);
Azərbaycan Respublikası ilə Pakistan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Karaçi şəhərində Çoxmillətli «AMAN-09» təlimi   (05-09 mart);
Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Vişkov şəhərində (Çexiya) Kiçk zabitlər üçün liderlik kursu   (09 mart-03 aprel) keçirilir.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.