Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 13-də saat 17:50-dən 18:00-dək və 20:00-dan 20:10-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 20:55-dən 23:45-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qərvənd və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- martın 14-də saat 05:45-dən 05:55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.