Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Mart 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 6-da saat 19:10-dan  19:20-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini;
- saat 11:15-dən 11:30-dək və 13:25-dən 13:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 18:00-dan 18:15-dək və 23:30-dan 23:45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklər və Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- martın 7-də saat 00:10-dan 00:30-dək və 06:24-dən 06:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.