Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Mart 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Martın 9-da Bakıda səfərdə olan Türkiyə Respublikasının Jandarma Baş Komandanı ordu generalı Avni Atilla İşık Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşüb.
Görüş zamanı ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Azərbaycan və Türkiyə Respublikasının hərbi sahədəki əlaqələri və gələcək inkişaf perspektivləri barədə ətraflı söhbət edilib. Görüşdə regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları haqda da fikir mübadiləsi aparılıb.
Müdafiə naziri Səfər Əbiyev son zamanlar Türkiyə ilə Ermənistan arasında əlaqələrin genişləndirilməsi və sərhədlərin açılması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan xəbərlərdən Azərbaycan ictimaiyyətinin narahatlıq keçirdiyini Jandarma Baş Komandanının diqqətinə çatdırıb. Hörmətli qonaq isə öz növbəsində  Türkiyənin Azərbaycanın maraqlarına uyğun olmayan bir addım belə atmayacağını bildirib.  
Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç iştirak edib.