AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Macarıstan Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jeno Boroşu qəbul edib.
Görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf dinamikası, hər iki ölkə arasında hərbi əməkdaşlığın perspektivləri, regionda vəziyyət və Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.