AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 10-da Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vasili İstratovu qəbul edib.
Görüşdə Azərbaycan-Rusiya əlaqələrinin inkişaf səviyyəsi, regionda vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.
Nazir S.Əbiyev səfir İstratova səlahiyyət müddətində göstərdiyi səmərəli fəaliyyətinə görə öz təşəkkürünü bildirib.