Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində:
- Brüssel, Mons şəhərlərində (Belçika) Tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursu (16-26 mart);
- İzmir şəhərində (Türkiyə) Döyüş səhnəsində hava məkanına nəzarət və onun idarə olunması kursu (16-27 mart); Ankara şəhərində Taktiki səviyyədə mülki-hərbi əməkdaşlıq kursu (23mart-03 aprel);
- Tbilisi şəhərində (Gürcüstan) «Cooperative Lancer-Longbov 2009» təliminin yekun planlaşdırma konfransı (17-18 mart);
- Riqa və Boston şəhərlərində (Latviya, ABŞ) Qara Dəniz Təhlükəsizlik proqramı üzrə kurs (18-28 mart);  
- Budapeşt şəhərində (Macarıstan) Müəllimlər üçün hərbi terminologiya kursu (23mart-03aprel);
- Roma şəhərində (İtaliya) Tərəfdaş zabitlərin oriyentasiya kursu (23mart-03aprel);
- Qarmiş-Partenkirxen şəhərində (Almaniya) C. Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin Ali Təhlükəsizlik Araşdırmaları proqramı çərçivəsində növbəti kurs (27mart-19iyun) keçirilir.