Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 22 Dekabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 22-də saat 05:00-dan 05:20-dək Tərtər rayonunun Qızıloba və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 22 Dekabr 2008 00:00

Dekabrın 22-də Bakıda səfərdə olan Türkiyə Respublikası Baş Qərargah rəisinin müavini ordu generalı Hasan Iğsız Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür.

Müdafiə Nazirliyinin məlumatı 20 Dekabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 19-da saat 20:25-dən 20:35-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 23:20-dən 23:50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;- dekabrın 20-də saat 01:00-dan 01:15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 05:30-dan 05:55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvəvnd kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 19 Dekabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 19-da saat 02:05-dən 02:15-dək Ermənistan Respublikası Berd rayonu Ayqepar kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rapyonunun Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini, - dekabrın 18-də 16:00-dan 16:05-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 17 Dekabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 16-da saat 20:40-dan 20:53-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; - dekabrın 17-də saat 01:25-dən 01:30-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 17 Dekabr 2008 00:00

Dekabrın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Əfqanıstan İslam Respublikasının Xarici İşlər Naziri Rangin Dartfar Spanta ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin məlumatı 16 Dekabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 15-də saat 15:40-dan 16:00-dək, 23:50-dən 00:00-dək, dekabrın 16-da saat 02:00-dan 02:10-dək Ermənistan Respublikası Berd rayonu Çinarlı kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini; - saat 20:30-dan 20:35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 21:20-dən 21:45-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 16 Dekabr 2008 00:00

Dekabrın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev NATO Baş katibinin müavini Klaudio Bizoneronu qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 15 Dekabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 15-də saat 00:35-dən 00:40-dək və 05:00-dan 05:30-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı, Sarıcalı və Çəmənli kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 02:20-dən 02:40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 15 Dekabr 2008 00:00

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Dəniz terrorçuluğa qarşı əməliyyat təlim kursu (15-19 dekabr); ABŞ Dəniz piyadaları tərəfindən növbəti çavuş hazırlığı kursu (15-20 dekabr); Varna şəhərində (Bolqarıstan) ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmidə gəzinti (24 dekabr 2008-10 yanvar 2009); Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Elektron Rabitə və Məlumat Sistemləri (MEBS) üzrə qarşılıqlı əməkdaşlıq və araşdırma fəaliyyətlərində iştirak etmək üçün Azərbaycan MN Rabitə və AİV Mərkəzini ziyarət (16-18 dekabr); Azərbaycan-Türkiyə yüksək səviyyəli Hərbi Dialoq iclası (22-24 dekabr); Ankara şəhərində “Şahin gözü” elektro-optik sensor sistemi ilə tanışlıq üzrə ixtisas hazırlığı kursu (22-24 dekabr); Samsun şəhərində Gizirlər üçün səhra tibb xidmətləri üzrə təməl kurs (24 dekabr 2008–14 mart 2009) keçirilir.