Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Dekabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Əfqanıstan İslam Respublikasının Xarici İşlər Naziri Rangin Dartfar Spanta ilə görüşmüşdür.
Hər iki nazir Azərbaycan və Əfqanıstan arasında əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və onun daha da inkişaf etdirilməsi barədə ətraflı fikir mübadiləsi aparmışlar.
Müdafiə naziri S.Əbiyev Azərbaycan prezidenti cənab İlham Əliyevin Əfqanıstanla əlaqələrə böyük əhəmiyyət verdiyini xarici işlər nazirinin diqqətinə çatdırmışdır.
Görüş zamanı nazirlər Əfqanıstanda xidmət göstərən Azərbaycan sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndirmişlər. S.Əbiyev yaxın günlərdə yeni hərbi kontingentin Əfqanıstana yola düşəcəyini bildirmişdir.
Görüşdə Azərbayan Respublikasının Pakistan və Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli də iştirak etmişdir.