Dekabrın 22-də Bakıda səfərdə olan Türkiyə Respublikası Baş Qərargah rəisinin müavini ordu generalı Hasan Iğsız Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür.
Görüş zamanı ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Azərbaycan və Türkiyə Respublikasının hərbi sahədə əlaqələri və gələcək inkişaf perspektivləri barədə ətraflı müzakirələr aparılmışdır.
Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç iştirak etmişdir.