AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dekabrın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev NATO Baş katibinin müavini Klaudio Bizoneronu qəbul etmişdir.
Nazir hörmətli qonağı regionda mövcud olan hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ probleminin bu günədək həll edilməməsinin səbəbləri barədə məlumatlandırmışdır.
Görüşdə NATO və Azərbaycan əməkdaşlığının perspektivləri istiqamətində də ətraflı söhbət aparılmışdır.
Baş katibin müavini K.Bizonero hazırkı əlaqələrdən razı qaldığını bildirmişdir.