AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 31-də saat 02:10-dan 02:20-dək Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 29-da saat 13:30-dan 13:50-dək, 15:00-dan 15:10-dək və 19:00-dan 19:20-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndləri ərazisində yerləşən mövqelərini, - saat 17:00-dan 17:20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 28-də saat 15:20-dən 15:45-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 15:35-dən 16:15-dək Tərtər rayonunun Yarımca kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 17:40-dan 17:55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 22:30-dan 22:45-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Dekabrın 27-də Bakıya işgüzar səfər edən Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olmuşdur.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 26-da saat 22:55-dən 23:35-dək, dekabrın 27-də saat 06:10-dan 06:20-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
26 dekabr 2008-ci il tarixdə Tərtərin Qapanlı kəndi istiqamətində yerləşən N saylı hərbi hissənin əsgəri Xasayev Üzeyir Elşad oğlunun həlak olması və bir əsgərin yaralanmasının hansı vəziyyətdə baş verməsinin səbəbləri araşdırılır.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 25-də saat 16:45-dən 17:10-dək Ağdam rayonunun Şurabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 24-də saat 20:00-dan 20:20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 23-də saat 03:10-dan 03:20-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini; - saat 05:40-dan 06:00-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən;- dekabrın 22-də saat 08:45-dən 09:05-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Dekabrın 23-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında ikinci Azərbaycan-Türkiyə hərbi dialoq iclası keçirilmişdir.