Dekabrın 23-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında ikinci Azərbaycan-Türkiyə hərbi dialoq iclası keçirilmişdir. Hərbi dialoqun ümumi açılış iclasında Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Müdafiə Nazirinin birinci müavini general-polkovnik Nəcməddin Sadıkov çıxış edərək iclasın həmsədri kimi Türkiyə-Azərbaycan hərbi-siyasi əlaqələrindən danışmışdır. Türkiyə Respublikası Baş Qərargah rəisinin müavini ordu generalı Hasan Iğsız da Azərbaycanla Türkiyə Respublikalarının hərbi əməkdaşlığının yüksək səviyyədə inkişaf etdiyini bildirmişdir. İclasda siyasi-hərbi vəziyyətin dəyərləndirilməsi, müdafiə sənayesi üzrə əlaqələr geniş müzakirə olunmuşdur.