Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Dekabr 2008 00:01

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 27-də Bakıya işgüzar səfər edən Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olmuşdur.
Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra rusiyalı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi olmuşdur. Dövlət himnləri səsləndikdən sonra nümayəndə heyətlərinin geniştərkibli görüşündə Rusiya ilə Azərbaycanın hərbi-texniki əməkdaşlığının inkişaf perspektivləri, Cənubi Qafqazda mövcud vəziyyət müzakirə olunmuşdur. Eyni zamanda hər iki nazirin təkbətək görüşü keçirilmişdir.
Sonda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Rusiya Federasiyası Müdafiə Nazirliyi arasında 2009-cu ilin əməkdaşlıq planı imzalanmışdır.
Görüşdə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov iştirak etmişdir.