Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Dekabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Dəniz terrorçuluğa qarşı əməliyyat təlim kursu (15-19 dekabr); ABŞ Dəniz piyadaları tərəfindən növbəti çavuş hazırlığı kursu (15-20 dekabr); Varna şəhərində (Bolqarıstan) ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmidə gəzinti (24 dekabr 2008-10 yanvar 2009);
Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Elektron Rabitə və Məlumat Sistemləri (MEBS) üzrə qarşılıqlı əməkdaşlıq və araşdırma fəaliyyətlərində iştirak etmək üçün Azərbaycan MN Rabitə və AİV Mərkəzini ziyarət (16-18 dekabr);  Azərbaycan-Türkiyə yüksək səviyyəli Hərbi Dialoq iclası (22-24 dekabr); Ankara şəhərində “Şahin gözü” elektro-optik sensor sistemi ilə tanışlıq üzrə ixtisas hazırlığı kursu (22-24 dekabr); Samsun şəhərində Gizirlər üçün səhra tibb xidmətləri üzrə təməl kurs (24 dekabr 2008–14 mart 2009) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.