Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Dekabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 15-də saat 15:40-dan 16:00-dək, 23:50-dən 00:00-dək, dekabrın 16-da saat 02:00-dan 02:10-dək  Ermənistan Respublikası Berd rayonu Çinarlı kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində  yerləşən mövqelərini;
- saat 20:30-dan 20:35-dək Xocavənd rayonunun Kuropatkino kəndi  yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:20-dən 21:45-dək Tərtər  rayonunun Göyarx kəndi  yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.