AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 15-də saat 00:35-dən 00:40-dək və 05:00-dan 05:30-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı, Sarıcalı və Çəmənli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 02:20-dən 02:40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.