Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 14 Oktyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 13-də saat 19:00-dan 19:30-dək, 20:00-dan 20:15-dək və oktyabrın 14-də saat 01:30-dan 01:40-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Ayqepar, İcevan rayonu Berkaber, Noyemberyan rayonu Vazaşen kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli, Qazax rayonunun Bala Cəfərli və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini; - saat 18:45-dən 18:55-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərdən;- oktyabrın 14-də saat 05:55-dən 06:10-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 06:00-dan 06:15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 06:10-dan 06:15-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 13 Oktyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 12-də saat 16:45-dən 17:10-dək, 18:45-dən 20:22-dək və 20:40-dan 20:50-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi, Qarasu dağı və Noyemberyan rayonu Voskevan kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli kəndi və Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində yerləşən mövqelərini; - saat 15:05-dən 15:10-dək və oktyabrın 13-də saat 02:00-dan 02:15-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 20:08-dən 20:15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 20:10-dan 20:35-dək və oktyabrın 13-də saat 01:20-dən 02:00-dək fasilələrlə Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyot və avtomatik qumbaraatanlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 11 Oktyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 10-da saat 23:00-dan 23:14-dək Ermənistan Respublikası Noyemberyan rayonu Voskevan və Voskepar kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım və Aşağı Əskipara kəndləri ərazisində yerləşən mövqelərini; - saat 16:25-dən 16:45-dək, 21:45-dən 22:15-dək fasilələrlə Tərtər rayonunun Çaylı və Seysulan kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 23:50-dən 23:55-dək və oktyabrın 11-də saat 03:30-dan 03:45-dək ara-sıra Füzuli və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 23:53-dən 23:57-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; - oktyabrın 11-də saat 05:50-dən 06:50-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 10 Oktyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 9-da saat 11:30-dan 11:40-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 17:00-dan 17:15-dək, 21:30-dan 21:55-dək, 22:35-dən 23:05-dək və oktyabrın 10-da saat 03:20-dən 04:00-dək, 05:20-dən 05:30-dək fasilələrlə Tərtər rayonunun Göyarx, Seysulan və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 22:25-dən 22:30-dək və oktyabrın 10-da saat 01:45-dən 02:05-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 9 Oktyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 8-də saat 20:25-dən 21:00-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinarlı kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi və Qoşa kəndləri ərazisində yerləşən mövqelərini; - saat 11:30-dan 11:55-dək, 18:10-dan 18:30-dək, 22:35-dən 23:00-dək və oktyabrın 9-da saat 03:30-dan 04:10-dək fasilələrlə Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 18:02-dən 18:10-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - oktyabrın 9-da saat 00:20-dən 00:40-dək Ağdam rayonunun Yusifcanlı və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən- saat 01:50-dən 02:25-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 03:00-dan 03:30-dək və 06:40-dan 06:50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 06:30-dan 06:50-dək Cəbrayıl rayonunun Mehdili və Cocuq Mərcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 8 Oktyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 7-də saat 13:20-dən 13:30-dək, 18:45-dən 18:55-dək və 19:55-dən 20:05-dək Ermənistan Respublikası Berd rayonu Ayqepar kəndi, İcevan rayonu Azatamut və Berkaber kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli, Qazax rayonunun Cəfərli və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini; - saat 12:05-dən 12:35-dək, 18:30-dan 19:00-dək, 19:25-dən 21:25-dək fasilələrlə Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Göyarx, Çaylı, Seysulan və Yarımca kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 19:50-dən 20:10-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 20:30-dan 20:50-dək Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 23:25-dən 23:40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 7 Oktyabr 2008 00:01

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 8-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 7 Oktyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 6-da saat 15:20-dən 15:30-dək Ermənistan Respublikası Noyemberyan rayonu Voskepar kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Aşağı Əskipara kəndi ərazisində yerləşən mövqelərini; - oktyabrın 7-də saat 00:50-dən 01:00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 01:00-dan 01:15-dək Tərtər rayonunun Göyarx və Yarımca kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 6 Oktyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 5-də saat 09:20-dən 09:25-dək və oktyabrın 6-da saat 00:40-dan 00:55-dək Ermənistan Respublikası Berd rayonu Çinarlı kəndi və İcevan rayonu Azatamut kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qazax rayonunun Cəfərli kəndi ərazisində yerləşən mövqelərini; - saat 13:10-dan 13:20-dək, 14:45-dən 17:45-dək, 19:20-dən 22:50-dək və oktyabrın 6-da saat 02:25-dən 02:45-dək fasilələrlə Tərtər rayonunun Göyarx, Çaylı, Çiləbürt və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 02:10-dan 02:20-dək və 05:40-dan 05:45-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 4 Oktyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 3-də saat 16:30-dan 16:40-dək və 23:00-dan 23:10-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 20:40-dan 20:45-dək Qazax rayonunun Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 23:10-dan 23:15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - oktyabrın 4-də saat 00:10-dan 00:30-dək və 02:10-dan 02:30-dək Ağdam rayonunun Baş Qərvənd və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.