Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 5-də saat 09:20-dən 09:25-dək və oktyabrın 6-da saat 00:40-dan 00:55-dək Ermənistan Respublikası Berd rayonu Çinarlı kəndi və İcevan rayonu Azatamut kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qazax rayonunun Cəfərli kəndi ərazisində yerləşən mövqelərini;
- saat 13:10-dan 13:20-dək, 14:45-dən 17:45-dək, 19:20-dən 22:50-dək və oktyabrın 6-da saat 02:25-dən 02:45-dək fasilələrlə Tərtər rayonunun Göyarx, Çaylı, Çiləbürt və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən;  
- saat 02:10-dan 02:20-dək və 05:40-dan 05:45-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.