AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 2-də saat 23:00-dan 23:20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 22:40-dan 23:00-dək Füzuli rayonunun Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən; - oktyabrın 3-də saat 05:40-dan 06:00-dək Tərtər rayonunun Göyarx və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 05:30-dan 05:40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Braşov şəhərində HHQ zabitləri üçün ingilis dili kursu (orta səviyyəli) (05 oktyabr 2008-06 fevral 2009); HHQ zabitləri üçün ingilis dili kursu (təkmilləşdirilmiş) (01 oktyabr 2008- 06 fevral 2009); Sibiu şəhərində NATO Rabitə prosedurları kursu (06-24 oktyabr); Buxarest şəhərində İntensiv ingilis dili kursu (orta səviyyəli) (13 oktyabr 2008-04 mart 2009); Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Çavuşların Sülhməramlı Əməliyyatlara hazırlığı üzrə təlim kursu (01 oktyabr-14 noyabr);Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Naumberq, Münhen şəhərlərində Tibb xidməti zabiti kursu (01 oktyabr 2008-31 mart 2010); Hürt, Drezden şəhərlərində Quru Qoşunları zabiti kursu (02 oktyabr 2008-31 oktyabr 2011); Hürt, Flenzburq şəhərlərində HDQ zabiti kursu (02 oktyabr 2008-31 dekabr 2011); Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Ankara şəhərində Görmə sahəsi analitiki oftolmoloji müşahidə lazeri kursu (03 oktyabr 2008-06 fevral 2009); Türkiyə Quru Qoşunları Məktəbini (KHO) ziyarət və məktəbin 2008-2009-cu təlim-tədris ilinə açılış mərasimində iştirak (05-07 oktyabr); İzmir şəhərində Partlatma üsulları, mina və mina tələləri üzrə gizirlər üçün kurs (06-17 oktyabr); İstanbul şəhərində Hərbi Akademiyada təhsil (Quru qoşunları, Hava qüvvələri, Dəniz qüvvələri) (06 oktyabr 2008- 31 iyul 2009); Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Reno şəhərində 51-ci illik Bioloji Təhlükəsizlik konfransı (14-22 oktyabr) keçirilir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 1-də saat 14:50-dən 15:00-dək, oktyabrın 2-də saat 05:10-dan 05:40-dək və 06:10-dan 06:30-dək Tərtər rayonunun Göyarx, Qızıloba və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 21:15-dən 21:45-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; - oktyabrın 2-də saat 02:00-dan 02:22-dək Ağdam rayonunun Yusifcanlı və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.