Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Oktyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 1-də saat 14:50-dən 15:00-dək, oktyabrın 2-də saat 05:10-dan 05:40-dək və 06:10-dan 06:30-dək Tərtər rayonunun Göyarx, Qızıloba və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:15-dən 21:45-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında  yerləşən mövqelərdən;
- oktyabrın 2-də saat 02:00-dan 02:22-dək Ağdam rayonunun Yusifcanlı və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.