Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 22 Oktyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 21-də saat 17:05-dən 17:55-dək və 21:35-dən 21:45-dək fasilələrlə Ermənistan Respublikası İcevan rayonu Berkaber kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi ərazisində yerləşən mövqelərini; - saat 18:40-dan 18:45-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 21:10-dan 21:40-dək və oktyabrın 22-də saat 01:00-dan 01:30-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Göyarx, Qızıloba və Seysulan kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 22:10-dan 22:15-dək və 01:10-dan 01:20-dək fasilələrlə Ağdam rayonunun Nəmirli, Cəvahirli və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 22:30-dan 22:40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 21 Oktyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 20-də saat 14:10-dan 14:15-dək, 17:50-dən 18:15-dək, 19:15-dən 19:55-dək fasilələrlə Ermənistan Respublikası İcevan rayonu Berkaber, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Şavarşavan və Voskepar kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Fərəhli, Quşçu Ayrım, Aşağı Əskipara və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini; - oktyabrın 21-də saat 01:00-dan 01:25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 01:45-dən 02:00-dək və 05:50-dən 06:00-dək fasilələrlə Ağdam rayonunun Şurabad, Yusifcanlı və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 02:45-dən 03:05-dək və 05:30-dan 05:45-dək Tərtər rayonunun Çiləbürt və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 20 Oktyabr 2008 00:01

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 22-də Azərbaycan Respublikasının Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 20 Oktyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 19-da saat 23:15-dən 23:25-dək Ermənistan Respublikası Noyemberyan rayonu Vazaşen kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində yerləşən mövqelərini;- saat 14:00-dan 14:30-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 20:15-dən 20:45-dək və oktyabrın 20-də saat 00:10-dan 00:21-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 21:10-dan 21:20-dək, 00:35-dən 00:55-dək və 03:05-dən 03:20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdurrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 22:30-dan 22:38-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 18 Oktyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 18-də saat 02:10-dan 02:17-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 17 Oktyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 16-da saat 17:45-dən 18:05-dək və 20:10-dan 20:20-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Noyemberyan rayonu Voskevan kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli, Qazax rayonunun Quşçu Ayrım kəndləri ərazisində yerləşən mövqelərini; - saat 21:30-dan 21:50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 22:30-dan 22:45-dək və oktyabrın 17-də saat 03:30-dan 04:10-dək Tərtər rayonunun Çiləbürt və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 23:30-dan 23:55-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 16 Oktyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 15-də saat 12:10-dan 12:45-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini; - saat 22:15-dən 22:35-dək, 23:00-dan 23:20-dək və oktyabrın 16-da saat 02:00-dan 02:25-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 23:00-dan 23:20-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; - oktyabrın 16-da saat 00:15-dən 00:20-dək və 02:00-dan 02:26-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 00:15-dən 00:20-dək, 00:55-dən 01:05-dək və 02:00-dan 02:25-dək fasilələrlə Ağdam rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Yusifcanlı və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 14 Oktyabr 2008 00:03

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq San-Antonio şəhərində Hərbi Dəniz Qərargahı Akademiyasında təhsil (15 oktyabr 2008-25 iyun 2009); Partlayıcı maddələrin zərərsizləşdirilməsi kursu (22 oktyabr 2008-05 fevral 2010); Honolulu şəhərində C.Marşal və Asita-Sakit Okeanı Mərkəzlərinin birgə təşkil etdiyi yüksək səviyyəli məzunların seminarı (26-31oktyabr); Heydelberq şəhərində (Almaniya) Avropa Orduları Konfransı (29-31 oktyabr); Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Ankara şəhərində İmmunologiya kursu (17-31 oktyabr); İstanbul şəhərində Hidroqrafiya məsələlərində qarşılıqlı əməkdaşlıq imkanlarının araşdırılması, Xəzər dənizinin elektron naviqasiya xəritələrinin istehsalı məsələsinin müzakirəsi (20-24 oktyabr); Azərbaycan HHM bölmələrində xidmət edən şəxsi heyətin Türkiyə Respublikası HHM sistemləri ilə tanışlıq və təlim məqsədilə ziyarəti (20-24 oktyabr); Azərbaycan AHDM-nin məzunlarının Türkiyə HDQ gəmilərində donanma stajı (27 oktyabr-22 noyabr); İzmir şəhərində NATO standartlarına keçid çərçivəsində Azərbaycan SQ-nin ordu korpuslarının və briqadalarının mühəndis xidməti mütəxəssislərinin mühəndis xidmətinin qeydiyyat və prosedurlarının öyrənməsini təmin etmək məqsədilə, onlara Türkiyə SQ-nin bərabər səviyyəli hissələrində qısa müddətli kurs və praktiki təlimin verilməsi (20 oktyabr-01 noyabr); Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Konstantsa şəhərində Sülhməramlı Dəniz Əməliyyatları üçün Rabitə prosedurları kursu (20-31 oktyabr); Bakı şəhərində Hərbi qanunvericiliklə bağlı ekspertlərin işçi görüşü (20-22 oktyabr); Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Vişkov şəhərində (Çex Respublikası) Sülhü Dəstəkləmə Əməliyyatları treyninq kursunun planlaşdırılması və qiymətləndirilməsi kursu (20-31 oktyabr); Azərbaycan Respublikası ilə Pakistan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq İslamabad şəhərində Hərbi əməkdaşlıq məsələlərinin müzakirəsi üzrə işçi görüşü forumu (19-24 oktyabr); Azərbaycan Respublikası ilə Ukrayna arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Vinnitsa şəhərində Ukrayna Avia-Kosmik Tibb Mərkəzinə tanışlıq səfəri (21-23 oktyabr); Azərbaycan Respublikası ilə Belarus arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Azərbaycan Respublikası SQ-nin və Belarus Respublikası SQ-ri nümayəndələrinin rabitə sahəsində əməkdaşlıq məsələləri üzrə işçi görüşü (27-28 oktyabr);Azərbaycan Respublikası ilə Bolqarıstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Sofiya şəhərində Bolqarıstan Silahlı Qüvvələrinin mobil qüvvələrinin strukturu və təchizatı ilə tanışlıq üzrə ekspertlərin işçi görüşü (21-23 oktyabr) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 14 Oktyabr 2008 00:02

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:

Müdafiə Nazirliyinin məlumatı 14 Oktyabr 2008 00:01

"Sülh Naminə Tərəfdaşlıq" proqramına əlavə: