Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Oktyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 15-də saat 12:10-dan 12:45-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini;
- saat 22:15-dən 22:35-dək, 23:00-dan 23:20-dək və oktyabrın 16-da saat 02:00-dan 02:25-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Horadiz  kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:00-dan 23:20-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- oktyabrın 16-da saat 00:15-dən 00:20-dək və 02:00-dan 02:26-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 00:15-dən 00:20-dək, 00:55-dən 01:05-dək və 02:00-dan 02:25-dək fasilələrlə Ağdam rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Yusifcanlı və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.