Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Oktyabr 2008 00:03

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq San-Antonio şəhərində Hərbi Dəniz Qərargahı Akademiyasında təhsil (15 oktyabr 2008-25 iyun 2009); Partlayıcı maddələrin zərərsizləşdirilməsi kursu (22 oktyabr 2008-05 fevral 2010); Honolulu şəhərində C.Marşal və Asita-Sakit Okeanı Mərkəzlərinin birgə təşkil etdiyi yüksək səviyyəli məzunların seminarı (26-31oktyabr); Heydelberq şəhərində (Almaniya) Avropa Orduları Konfransı (29-31 oktyabr);
Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Ankara şəhərində İmmunologiya kursu (17-31 oktyabr); İstanbul şəhərində Hidroqrafiya məsələlərində qarşılıqlı əməkdaşlıq imkanlarının araşdırılması, Xəzər dənizinin elektron naviqasiya xəritələrinin istehsalı məsələsinin müzakirəsi (20-24 oktyabr); Azərbaycan HHM bölmələrində xidmət edən şəxsi heyətin Türkiyə Respublikası HHM sistemləri ilə tanışlıq və təlim məqsədilə ziyarəti (20-24 oktyabr); Azərbaycan AHDM-nin məzunlarının Türkiyə HDQ  gəmilərində donanma stajı (27 oktyabr-22 noyabr); İzmir şəhərində NATO standartlarına keçid çərçivəsində Azərbaycan SQ-nin ordu korpuslarının və briqadalarının mühəndis xidməti mütəxəssislərinin mühəndis xidmətinin qeydiyyat və prosedurlarının öyrənməsini təmin etmək məqsədilə, onlara Türkiyə SQ-nin bərabər səviyyəli hissələrində qısa müddətli kurs və praktiki təlimin verilməsi (20 oktyabr-01 noyabr);
Azərbaycan Respublikası ilə Rumıniya  arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Konstantsa şəhərində Sülhməramlı Dəniz Əməliyyatları üçün Rabitə prosedurları kursu (20-31 oktyabr); Bakı şəhərində Hərbi qanunvericiliklə bağlı ekspertlərin işçi görüşü (20-22 oktyabr);
Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Vişkov şəhərində (Çex Respublikası) Sülhü Dəstəkləmə Əməliyyatları treyninq kursunun planlaşdırılması və qiymətləndirilməsi kursu (20-31 oktyabr);
Azərbaycan Respublikası ilə Pakistan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq İslamabad şəhərində Hərbi əməkdaşlıq məsələlərinin müzakirəsi üzrə işçi görüşü forumu (19-24 oktyabr);
Azərbaycan Respublikası ilə Ukrayna arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Vinnitsa şəhərində Ukrayna Avia-Kosmik Tibb Mərkəzinə tanışlıq səfəri (21-23 oktyabr);
Azərbaycan Respublikası ilə Belarus arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Azərbaycan Respublikası SQ-nin və Belarus Respublikası SQ-ri nümayəndələrinin rabitə sahəsində əməkdaşlıq məsələləri üzrə işçi görüşü (27-28 oktyabr);
Azərbaycan Respublikası ilə Bolqarıstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Sofiya şəhərində Bolqarıstan Silahlı Qüvvələrinin mobil qüvvələrinin strukturu və təchizatı ilə tanışlıq üzrə ekspertlərin işçi görüşü (21-23 oktyabr) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.